...

Rabitə Nazirliyi rouminq tariflərini nəzarət altında saxlayır

Telekommunikasiya Materials 17 May 2013 17:04 (UTC +04:00)
Dünyada bir çox mobil rabitə operatorları faktiki olaraq qaydaları pozmaqla rouminq xidmətlərinə görə yüksək tariflərin hesabına gəlirlərini artırırlar.
Rabitə Nazirliyi rouminq tariflərini nəzarət altında saxlayır

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/

Dünyada bir çox mobil rabitə operatorları faktiki olaraq qaydaları pozmaqla rouminq xidmətlərinə görə yüksək tariflərin hesabına gəlirlərini artırırlar. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu məsələ dəfələrlə beynəlxalq görüşlərdə qaldırılıb və problemin həll olunmasına bir çox ölkələrin operatorları cəlb olunub ki, bu da həmin növ xidmətə görə tariflər tədricən azaldılacağı barədə danışmağa imkan verir: "Azərbaycanda fəaliyyət göstərən mobil operatorların tarifləri yüksək deyil və tamamilə məqbuldur. Buna sübut olaraq, mobil şəbəkələrdə istifadə edilən trafikin artmasını göstərmək olar".

Onun fikrincə, yalnız Azərbaycan üçün deyil, həmçinin dünyanın digər ölkələri üçün xarakterik olan rouminqlə bağlı problemlər hələ də öz aktuallığını qoruyur: "Və biz tənzimləyici orqan kimi lokal operatorların rouminq tariflərini nəzarət altında saxlayırıq. Bununla yanaşı, bu növ xidmətə görə tariflərin azaldılması digər ölkələrin operatorlarının tariflərindən də asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti