...

Əli Abbasov: Azərbaycan gələn ildən rəqəmsal TV-yə keçir

Telekommunikasiya Materials 3 İyun 2013 10:49 (UTC +04:00)
Azərbaycanda analoq yayımı ilin sonunadək dayandırılacaq.
Əli Abbasov: Azərbaycan gələn ildən rəqəmsal TV-yə keçir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir H. Vəliyev/

Azərbaycanda analoq yayımı ilin sonunadək dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan televiziyası 2014-cü ildən başlayaraq tam rəqəmsal formatda yayımlanacaq.

Analoq siqnalının mərhələli olaraq rəqəmsalla əvəzlənməsi Azərbaycanın regionlarından başlayacaq.

İlin sonunadək Azərbaycan əhalisi DVB-T standartında rəqəmsal televizya siqnalı ilə 100 faiz əhatə olunacaq. Hazırda respublika əhalisinin 94,3 faizi rəqəmsal televizya siqnalı ilə əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti