...

Azərbaycanda elektron imza sahiblərinin sayı 14,1 faiz artıb

Telekommunikasiya Materials 6 İyun 2013 18:57 (UTC +04:00)
İyun 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 13 615 ədəd təşkil edib ki, bu da 2013-cü ilin may ayının yekunu üzrə göstəricilərlə müqayisədə 14,1 faiz çoxdur.
Azərbaycanda elektron imza sahiblərinin sayı 14,1 faiz artıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir H.Vəliyev/

İyun 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 13 615 ədəd təşkil edib ki, bu da 2013-cü ilin may ayının yekunu üzrə göstəricilərlə müqayisədə 14,1 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət" bülletenində deyilir.

MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 10 372 ədəd düşüb, 265 ədəd hüquqi şəxslərə, 2978 ədəd isə vətəndaşlara verilib.

İyunun 1-nə olan vəziyyətə görə, təsdiq edilmiş elektron xidmətlərin sayı 417 ədəd təşkil edib, portalda isə 215 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı 408 ədəd təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti