...

Azərbaycanda rəqəmsal TV siqnalının əhatə dairəsi genişləndirilir (FOTO)

Telekommunikasiya Materials 20 İyun 2013 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) Zaqatala rayonu əraizisində teleradio stansiyasını istismara verib. Bu barədə cümə axşamı Trend-ə İB-dən məlumat verilib.

İşlər çərçivəsində İB tərəfindən yeni nəzarət sistemi yaradılıb, həmçinin TV və radioyayımın keyfiyyəti artırılıb. Hazırda yeni stansiyanın köməyi ilə 10 telekanalın ("AzTV", "İdman Azərbaycan", "Mədəniyyət", İTV, "Lider", "Space", "ATV", "Xəzər", "Kanal S", "Aygün TV") və 6 radionun ("Respublika FM", "İctimai FM", "Lider FM", "Space FM", "Araz FM", "Bürc FM") yayımı həyata keçirilir.

Yeni stansiyadan yayımlanan siqnal Şəki, Qax və Balakən rayonlarını əhatə edir. Hazırda Zaqatala və adıçəkilən rayonların əhalisinin 85 faizi rəqəmsal TV siqnalı əhatə olunub. İlin sonunadək həmin rayonlarda yeni DVB-T ötürücülərin quraşdırılması yolu ilə rəqəmsal TV şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub.

Bundan başqa, bərpa işlərindən sonra Şəkidə yeni teleradio stansiyası istismara verilib. Onun köməyi ilə 9 telekanalın ("AzTV", "Mədəniyyət", İTV, "Lider", "Space", ANS, ATV, "Xəzər" və "Kanal S") və 1 radiostansiyanın yayımı həyata keçirilir. Yeni stansiya yaxınlıqdakı yaşayış məntəqələrini rəqəmsal televizya siqnalı ilə əhatə etməyə imkan verir. Hazırda Şəki və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisinin 95 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti