...

Elmir Vəlizadə: Azərbaycanda nömrələrin daşınması xidməti texniki problemlərlə bağlı gecikir

Telekommunikasiya Materials 3 İyul 2013 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan mobil rabitə operatorlarında nömrələrin daşınması xidmətinin (MNP - Mobile Number Portability) tətbiqinin gecikməsi həll olunmayan texniki problemlərlə bağlıdır. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib:

"Şirkətlər bu xidmətin işə salınmasına texniki cəhətdən hazır olmalıdırlar və bunun üçün infrastrukturlarını hazırlamalıdırlar".

Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinın Məlumat Hesablıama Mərkəzi tərəfindən koordinasiya olunacaq. Xidmətin işə salınması ilə bağlı müqavilələr artıq hər üç mobil operatorla (Bakcell, Azercell и Azerfon) bağlanılıb.

Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq.

Xidmət data-kartlar üçün nəzərdə tutlmuş nömrələrə şamil edilməyəcək.

Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti