Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir H.Vəliyev/
2013-ci ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycana ümumi dəyəri 2307,5 min dollar olan 52 204 ədəd mobil telefon idxal olunub. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, 2012-ci ilin yanvar-aprel aylarında qeydə alınan göstəricilərlə müqayisədə (73 373 ədəd mobil telefon idxal edilib) idxal olunan mobil telefonların sayı 28,85 faiz, pulla ifadədə isə bu göstərici 36,38 faiz azalıb.
Ölkəyə hər ay orta hesabla 9 min ədəd mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 384 min dollardan çox təşkil edir.