Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Artıq "Azercell Telekom" abunəçiləri ümumi ödəmə kartından istifadə edəcəklər.
Sentyabrın 4-dən etibarən eyni nominallı kartı həm SimSim, həm də Fakturalı Xətt abunəçiləri yükləyə bilərlər.
Artıq Fakturasız (SimSim) və Fakturalı Xətt sisteminə aid nömrələr üçün ayrı-ayrılıqda ödəmə kartlarını almağa ehtiyac yoxdur.
Ödəmə kartlarının nominalı |
İstifadə müddəti (yalnız SimSim üçün) |
1 AZN |
7 gün |
3 AZN |
30 gün |
5 AZN |
60 gün |
10 AZN |
90 gün |
25 AZN |
360 gün |
50 AZN |
360 gün |
100 AZN |
360 gün |
Fakturalı Xətt sisteminə aid nömrələr üçün ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənilə bilər.
Ümumi ödəmə kartları ilə yanaşı, abunəçilər hazırda satışda mövcud olan köhnə tipli Fakturalı Xətt və SimSim ödəmə kartlarından da istifadə edə bilərlər. Eyni zamanda, SimSim balansartırma kartları Fakturalı Xətt nömrələrinə də yüklənə biləcək.
"Azercell Telekom" MMC-nin ümumi ödəmə kartları rəsmi diler və satış məntəqələrindən yalnız nominalına uyğun qiymətə əldə edilə bilər. Abunəçilərə ödəmə kartlarını 3-cü şəxslərdən əldə etməmək, ödəmə kartının seriya və s. göstəricilərinin tamlığına diqqət yetirmək, həmçinin ödəmə kartları əldə edərkən şifrəni 3-cü şəxslərə bildirməmək tövsiyə olunur.
Ümumi ödəmə kartları ilə yanaşı, abunəçilər alternativ vasitələrlə də balansı artıra, nömrədəki borcları ödəyə bilərlər. Abunəçilər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə köşklərindən (MilliÖn), o cümlədən kredit və ya debit kartları (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsilə ATM (bankomatlar) üzərindən, www.azercell.com rəsmi internet səhifəsindən, həmçinin köçürmə yolu ilə və Mobil Bank xidməti vasitəsilə ödəmələri həyata keçirə bilərlər.