...

3G-yə qoşula bilməmə operatorun, yoxsa istifadəçinin qurğusunun problemidir?

Telekommunikasiya Materials 4 Sentyabr 2013 20:04 (UTC +04:00)
Son vaxtlar Azərbaycanda bir çox smartfon istifadəçiləri internet şəbəkəsinə qoşulma ilə bağlı problemlərlə üzləşirlər.
3G-yə qoşula bilməmə operatorun, yoxsa istifadəçinin qurğusunun problemidir?

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Son vaxtlar Azərbaycanda bir çox smartfon istifadəçiləri internet şəbəkəsinə qoşulma ilə bağlı problemlərlə üzləşirlər.

Bir çoxları 3G şəbəkəsinin qeyri-sabit işindən və qoşulma ilə bağlı mütəmadi problemlərdən şikayət edirlər ki, bu da qurğunun çox yüklənməsi yolu ilə həll edilir.

Mobil rabitə operatorları hesab edirlər ki, problem bilavasitə istifadəçi qurğularından qaynaqlanır.

Mobil riteyl mütəxəssislərinin fikrincə, belə problemlərin baş vermə ehtimalı naməlum Çin istehsalçılarının saxta telefonlarında daha yüksəkdir. Buna baxmayaraq, belə problemlərin qabaqcıl istehsalçıların öndə gedən modelləri arasında nadir halda olsa belə baş verməsi istisna edilmir.

Mütəxəssisin qənaətincə, qurğunun xidməti proqram təminatının yenilənməsi bu problemi qismən həll edə bilər.

Mütəxəssis bildirib ki, belə probemlər yaranan zaman ilk növbədə şəbəkə tənzimləyicisinə diqqət yetirmək lazımdır: "Əgər tənzimləyici düzgün qurulubsa, antenanın və ya onun yuvasının zədələnməsi ehtimalı istisna edilmir. İndiki halda nasazlığı özbaşına təmir etməyə çalışmaq əvəzinə, kömək üçün servis mərkəzinin mütəxəssisinə müraciət etmək lazımdır".

Bazara qanunsuz telefonların çıxarılmasının aradan qaldırılması məsələsinə gəlincə, bu məsələ dövlət səviyyəsində öz həllini tapıb. Söhbət mayın 1-dən istismara verilmiş mobil telefonların IMEI-kodlarının qeydiyyatı sisteminin tətbiqindən gedir. Bu metod ilk olaraq Azərbaycanda mobil telefon oğurluğu və onların qanunsuz idxalı ilə mübarizəni gücləndirir.

Ekspertlər hesab edirlər ki, naməlum istehsalçıların telefonlarında adıçəkilən problemlərdən savayı, casus proqramları da ola bilər. Onlar şüalanma üzrə təhlükəsizlik normalarına cavab verməyə bilər ki, bu da sağlamlığa mənfi təsir edir. Həmin telefonlar müxtəlif tezliklərdə işləməklə digər tezliklərdə çalışan qurğulara maneələr törədə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti