...

Nazirlik: Azərbaycanda yağan leysan nəticəsində rabitə xətlərində yaranan qəzalar aradan qaldırılıb

Telekommunikasiya Materials 24 Sentyabr 2013 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) Azərbaycanın bir sıra rayonlarında yağan leysan nəticəsində yaranan qəzaların aradan qaldırılması işlərini yekunlaşdırıb. Bu barədə Trend-ə açıqlamasında nazirliyin mətbuat katibi Müşviq Əmirov bildirib.

Onun sözlərinə görə, güclü leysan operatorun telekommunikasiya infrastrukuturu da daxil olmaqla sosial obyektlərə zərər vurub:

"Təbii fəlakət nəticəsində Qax, Oğuz, Qəbələ, Lənkəran və Astara rayonlarının bir sıra kəndlərində telefon əlaqəsi kəsilib. Hazırda qəzanın nəticələri tamamilə aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti