...

Tarif Şurasına bir sıra xidmətlərin qiymətinin aşağı salınması ilə bağlı təkliflər təqdim edilib

Telekommunikasiya Materials 21 Oktyabr 2013 12:44 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra telekommunikasiya xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı Tarif Şurasına təkliflər təqdim edilib.
Tarif Şurasına bir sıra xidmətlərin qiymətinin aşağı salınması ilə bağlı təkliflər təqdim edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir sıra telekommunikasiya xidmətlərinin qiymətlərinin aşağı salınması ilə bağlı Tarif Şurasına təkliflər təqdim edib. Bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov bildirib.

Onun sözlərinə görə, söhbət telefon rabitəsi danışıqları və digər xidmətlərin qiymətlərinin aşağı salınmasından gedir.

Abbasov vurğulayıb: "Bu məsələdə əsas olan rabitə şəbəkəsinin effektivliyinin, o cümlədən şəbəkənin təhlükəsizliyinin artırılması və yeni xidmətlərin işə salınmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti