...

Azərbaycanın ucqar yaşayış məntəqələri gələn il rəqəmsal TV siqnalı ilə əhatə olunacaq

Telekommunikasiya Materials 27 Noyabr 2013 20:40 (UTC +04:00)
Azərbaycanın yaşayış məntəqələrini rəqəmsal televiziya siqnalı ilə əhatə etmək üçün əlavə olaraq az gərginlikli 30-40 ötürücünün quraşdırılmasına ehtiyac var.
Azərbaycanın ucqar yaşayış məntəqələri gələn il rəqəmsal TV siqnalı ilə əhatə olunacaq

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın yaşayış məntəqələrini rəqəmsal televiziya siqnalı ilə əhatə etmək üçün əlavə olaraq az gərginlikli 30-40 ötürücünün quraşdırılmasına ehtiyac var.

Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən (DRİ) bildiriblər.

DRİ-dən deyiblər ki, ötürücülər əsasən əhalisi az olan ucqar rayonlarda quraşdırılmalıdır: "Bununla da ölkə ərazisinin rəqəmsal siqnalla əhatə olunması 99 faizə çatdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti