...

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilmə həcmi təsdiq edilib

Telekommunikasiya Materials 29 Yanvar 2014 05:30 (UTC +04:00)
2014-cü il üçün Azərbaycanda internetə genişzolaqlı çıxışın inkişafı üzrə fəaliyyət planının ilkin mərhələsinin maliyyələşdirilmə həcmi 100 milyon manat təşkil edəcək.
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin maliyyələşdirilmə həcmi təsdiq edilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir H.Vəliyev/

2014-cü il üçün Azərbaycanda internetə genişzolaqlı çıxışın inkişafı üzrə fəaliyyət planının ilkin mərhələsinin maliyyələşdirilmə həcmi 100 milyon manat təşkil edəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumatda deyilir.

Məbləğ ARDNF-nin 2014-cü il üçün təsdiq edilmiş büdcəsində qeyd edilib.

Layihə 2014-2016-cı illəri əhatə edəcək. Layihənin ümumi dəyəri 450 milyon manatdan artıq məbləğdə qiymətləndirilir.

Nazirliyin məlumatına əsasən, 2017-ci ilin sonunadək Azərbaycanın bütün yaşayış məntəqələri internet şəbəkəsinə genişzolaqlı çıxışla təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti