...

"Azercell" bütün istiqamətlər üzrə beynəlxalq zənglərin qiymətini xeyli aşağı saldı

Telekommunikasiya Materials 4 Fevral 2014 15:48 (UTC +04:00)
"Azercell Telekom" 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edir.
"Azercell" bütün istiqamətlər üzrə beynəlxalq zənglərin qiymətini xeyli aşağı saldı

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

"Azercell Telekom" 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu tarif 0.32 AZN təşkil edir və istənilən istiqamətlərdə şirkətin bütün tarif planlarına şamil edilir.

İstiqamət

Köhnə tarif AZN/1 dəq.

Yeni tarif AZN/1 dəq.

MDB və Baltikyanı ölkələr

0.37 AZN

0.32 AZN

İran, Türkiyə

0.43 AZN

0.32 AZN

Avropa, Amerika qitəsi ölkələri və b.

0.50 AZN

0.32 AZN

Eyni zamanda, qeyd etmək lazımdır ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in xidmətlərdən istifadə edə bilərlər.

"Azercell Telekom", həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən eksklüziv endirim zonasından istifadə etməyi təklif edir. Burada bütün beynəlxalq nömrələrə yerli şəbəkəxarici qiymətlərlə zəng etmək mümkündür.

Qeyd edək ki, ölkənin bütün mobil operatorlarının şəbəkəsində beynəlxalq zənglərə endirimlər sisteminin tətbiqi ilə əlaqədar təşəbbüs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin Tarif Şurası tərəfindən irəli sürülüb.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN imza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna "Azercell" abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil edib. 2011-ci ildə "Azercell" 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. "Azercell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azercell" dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan "TeliaSonera" şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti