...

Azərbaycanda "İKT-3" müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTO)

Telekommunikasiya Materials 11 Fevral 2014 12:22 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Nar Mobile" şirkətinin yaydığı xəbərdə deyilir.
Azərbaycanda "İKT-3" müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"Hilton Baku" hotelində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən birgə keçirilən "İKT-3" müsabiqəsi çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində fəal çalışan gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması məqsədilə bu sahədə dərc edilmiş ən yaxşı elmi işlərin mükafatlandırılması mərasimi keçirildi.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Nar Mobile" şirkətinin yaydığı xəbərdə deyilir.

"Nar Mobile" şirkəti informasiya və kommunikasiya texnologiyaları sahəsində fəal çalışan gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirilən müsabiqənin sponsoru qismində çıxış edir.

Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müsabiqənin qaliblərini təbrik etdi. Mükafatlandırma mərasiminə qatılan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də gənc alimləri bu münasibətlə təbrik edərək onlara yeni-yeni uğurlar arzuladı.

Tədbirdə iştirak edən "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai isə korporativ sosial məsuliyyət strategiyasını əldə rəhbər tutan "Nar Mobile" mobil operatorunun ölkədə təhsil və elmin inkişafına, maariflənməyə yönəlmiş layihələrə xüsusi önəm verdiyini və hər il mütəmadi olaraq bu kimi layihələr həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırdı.

Akademiya təşkilatları, ali təhsil müəssisələri, nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, QHT-lər və İKT ilə əlaqəli şirkətlərin əməkdaşları olan gənc alim və mütəxəssislərin iştirak etdikləri müsabiqədə qaliblərə Bestcomb şirkəti və "Nar Mobile" mobil operatoru tərəfindən dəyərli hədiyyələr təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti