...

Azərbaycanda TV və poçt xidmətlərinə görə tariflərin dəyişdirilməsi imkanlarına baxılır

Telekommunikasiya Materials 14 Fevral 2014 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) universal poçt və rəqəmsal televiziya xidmətlərinə görə yeni tariflərin tətbiqi üzrə təklifləri Tarif Şurasına təqdim edib. Bunu cümə günü Trend-ə RİTN-dən deyiblər.

Nazirlikdən təkliflərin məzmununu konkretləşdirməyiblər, lakin qeyd ediblər ki, təkliflər göstərilən xidmətlərin maya dəyərinə və beynəlxalq normalara müvafiq olaraq tariflərin tənzimlənməsini nəzərdə tutur: "Hazırda Tarif Şurası məsələni nəzərdən keçirir. Şuraya təqdim edilmiş təkliflər ilk növbədə son istifadəçilər üçün daha sərfəli şərtləri əhatə edir".

Nazirlik, həmçinin internet provayderlərinin göstərdiyi xidmətlərin dəyərinin gələcəkdə azaldılması məsələsi üzrə onlara tövsiyələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti