...

Rabitə Nazirliyi elektron sənədlərin şifrlənməsi proqramını hazırlayıb

Telekommunikasiya Materials 15 May 2014 17:59 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Microsoft"-un "Windows" əməliyyat sistemləri üçün nəzərdə tutulmuş yeni E-şifrləyici proqram təminatını hazırlayıb.
Rabitə Nazirliyi elektron sənədlərin şifrlənməsi proqramını hazırlayıb

Azərbaycan, Bakı,15 may /Trend, müxbir H. Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Microsoft"-un "Windows" əməliyyat sistemləri üçün nəzərdə tutulmuş yeni E-şifrləyici proqram təminatını hazırlayıb.

Trend-in cümə axşamı MHM-ə istinadən verdiyi məlumata görə, bu proqramın köməyi ilə informasiyanın təhlükəsiz şəkildə mübadiləsi təmin olunur.

E-şifrləyici proqramı açıq açar kriptoqrafiyasına əsaslanaraq hazırlanıb. Açıq açar kriptoqrafiyasının bir növü olan asimmetrik şifrləmə əməliyyatından proqram yazılarkən istifadə olunub. Asimmetrik şifrləmə prosesi zamanı açar cütündən: açıq açar və gizli açardan istifadə olunur.

Bir-biri ilə bağlı olan açarlar şəxsiyyətin kimliyini autentifikasiya etmək üçün yararlıdır. Açıq açar vasitəsilə şifrlənən məlumat yalnız həmin açara bağlı olan gizli açar vasitəsilə deşifrlənə bilər. Son zamanlar informasiyanın təhlükəsiz şəkildə ötürülmə problemlərini nəzərə alaraq yaradılan E-şifrləyici proqramı Milli Sertifikat Xidmətləri Mərkəzinin elektron imza sertifikatı ilə imzalanmış sənədlərin mübadiləsini təmin edir.

E-şifrləyici proqramı informasiyanın iki şəxs arasında təhlükəsiz mübadiləsi üçün istifadəyə verilib. Rahat və funksional istifadəyə malik proqram "MS Windows" platformasında istifadə üçün nəzərdə tutulub. E-şifrləyici proqramı "Visual Studio ortamında C#" proqramlaşdırma dilində hazırlanıb. "Microsoft .Net Framework 3.5" və ondan daha yuxarı versiyaları dəstəkləyir. Şifrləmə prosesi AES simmetrik şifrləmə və RSA asimmetrik şifrləmə alqoritmlərindən istifadə ilə həyata keçirilir. İstifadə üçün elektron imza kartı, smart kart oxuyucu və internetə məhdudiyyətsiz çıxış tələb olunur.

E-şifrləyici proqramı elektron imza kartı vasitəsilə açılır. İstənilən şəxsin sertifikatı vasitəsilə şifrlənən imzalanmış sənədi, yalnız həmin şəxsin elektron imza kartı vasitəsilə açmaq mümkündür. Bu, bir daha üçüncü şəxsin sənədə baxa bilməməsini və informasiyanın təhlükəsiz mübadiləsini göstərir. Proqram və onun istifadə təlimatı "www.e-imza.az" saytında verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti