...

Azərbaycanda hərbi hissələrdə taksofonlar quraşdırılır

Telekommunikasiya Materials 4 İyul 2014 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi hərbi hissələrdə taksofon parkının genişləndirilməsinə başlayıb. Bu barədə cümə günü İB-dən Trend-ə məlumat verilib.

Layihə Müdafiə Nazirliyi ilə birgə həyata keçirilir və hərbi hissələrdə bir neçə taksofonun quraşdırılmasını nəzərdə tutur.Taksofonlardan istifadə üçün dövlət rabitə operatoru danışıq kartları da təklif edir.

"Aztelekom"dan bildiriblər: "Reallaşdırılan layihə Azərbaycanda taksofon rabitəsinin inkişafına müəyyən impuls verib. Bu gün "Aztelekom" şəbəkəsində çalışan taksofonların sayı 100 ədədə çatır".

2011-ci ildə dövlət rabitə operatoru öz şəbəkəsindəki taksofonların sayını otuz faizdən çoz azaltmışdı ki, buna səbəb taksofon parkının gəlirliliyinin azalması idi. Bir müddət əvvəl İB-dən Trend-ə deyildiyi kimi, taksofon rabitəsini əngəlləyən aspektlərdən biri mobil rabitənin nüfuz səviyyəsinin yüksək olması və əhalinin telefonlaşdırılmasıdır.

Buna baxmayaraq, əgər taksofon rabitəsinə tələb artarsa, İB taksofon parkının genişləndirilməsi işini bərpa etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti