...

“Bakcell” ödəmə kartlarının qıtlığını kompensasiya edir: hər elekton ödəmə üçün 10 dəqiqə bonus

Telekommunikasiya Materials 7 Avqust 2014 10:30
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti ötən həftə ərzində bazarda Bakcell ödəmə kartlarının çatışmazlığından yaranmış vəziyyətlə əlaqədar olaraq öz abunəçilərinə 10 dəqəqə bonus hədiyyə edir. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
“Bakcell” ödəmə kartlarının qıtlığını kompensasiya edir: hər elekton ödəmə üçün 10 dəqiqə bonus

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 avqust /Trend /

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti ötən həftə ərzində bazarda Bakcell ödəmə kartlarının çatışmazlığından yaranmış vəziyyətlə əlaqədar olaraq öz abunəçilərinə 10 dəqəqə bonus hədiyyə edir. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

"Bakcell"in CIN, Klass L, Klass XL, Klass XXL, Klass 5* and Klass 5*+ abunəçiləri avqust ayının 10-na kimi alternativ ödəmə metodlarından istifadə edərkən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) şəbəkədaxili zənglər üçün etibarlılıq tarixi 3 gün olan əlavə 10 dəqiqə qazanacaqlar. Ödəmənin minumum məbləği 3 AZN-dir. Internet, eyni zamanda E-manat, MilliÖn və s. vasitəsilə 3 AZN-dən başlayan hər bir ödəniş üçün 10 dəqiqə bonus verilir.

Əvvəl də qeyd olunduğu kimi, Bakcell mümkün qədər tez bir zamanda bütün ölkə ərazisini ödəmə kartları ilə təmin etməyə çalışır.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti