...

Azərbaycanın mobil operatorunun şəbəkəsində qeydiyyatdan keçmiş smartfonların sayı artıb

Telekommunikasiya Materials 23 Sentyabr 2014 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil operatoru "Bakcell" MMC-nin şəbəkəsində qeydiyyatdan keçmiş smartfonların sayı 800 min ədədi ötür. Bunu Trend-ə şirkətin Korporativ strategiya departamentinin rəhbəri Mark Zirka deyib.

Onun sözlərinə görə, bu, əlavələrin yüklənməsi və məlumatların ötürülməsi üçün istifadə edilən qurğudur. Ümumiyyətlə, şirkətin şəbəkəsində "ağıllı" telefonların sayı daha çoxdur, lakin onlar əsasən səs xidmətləri üçün istifadə olunur.

M.Zirka qeyd edib ki, ötən il şirkətin şəbəkəsində smartfonların sayı təqribən 100 faiz təşkil edib: "Analoji tendensiya cari ilin yanvar-iyul aylarının nəticəsi üzrə də müşahidə olunur".

Pərakəndə satış bazarındakı mənbə Trend-ə bildirib ki, son bir il ərzində Azərbaycanda satılmış telefonların ümumi sayında smartfonların payı 45-dən 65 faizədək artıb.

Smartfonlar satış strukturunda təqribən 90 faiz paya sahibdir və daha çox dəyəri 200 manata qədər olan qurğular satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti