Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" abunəçiləri üçün daha bir yeniliyi istifadəyə verib. Bu dəfə "Azercell" rominqdə dublikat xidməti ilə abunəçilərini sevindirir.
Belə ki, sentyabrın 22-dən etibarən "TeliaSonera" ailəsinə aid olan Qazaxıstanın "Kcell" mobil operatoru ilə "Azercell Telekom" arasındakı razılaşmaya əsasən, rominqdə olan müştərilər simkart dəyişikliklərini Müştəri Xidmətləri ofislərinə müraciət edərək həyata keçirə bilərlər. Bunun üçün "Kcell" abunəçiləri Bakı şəhəri, B.Bağırova, 2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisinə müracət edə bilərlər. "Azercell" abunəçiləri isə Almatı və Astana şəhərlərində "Kcell"in aşağıda qeyd edilmiş ünvanlarda yerləşən Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq bu xidmətdən yararlana bilərlər.
Almatı - Samal-2, bina 100. Bazar ertəsi - cümə günü: 09/00-20/00. Şənbə: 09/00-18/00
Almatı - Alimjanov küç., 51. Bazar ertəsi - cümə günü: 09/00-20/00. Şənbə: 09/00-18/00
Astana - Resbublika küç., 8. Bazar ertəsi - cümə günü: 09/00-20/00. Şənbə: 09/00-18/00
Astana - Almatı küç., 1, 1 (Asyltau Biznes Mərkəzi). Bazar ertəsi - cümə günü: 09/00-20/00. Şənbə: 09/00-18/00
Qeyd edək ki, rominqdə dublikat xidməti "TeliaSonera Avrasiya" çərçivəsində bu qrupa daxil olan digər ölkələrlə də davam etdiriləcək. Məlumat üçün bildirək ki, "TeliaSonera Avrasiya" ailəsinə daxil olan mobil operatorlar arasında mütəmadi olaraq yeni xidmətlər və rominqdə endirimlər həyata keçirilir. Belə ki, bu yay Azercell-lilər bir çox ölkələrdə, o cümlədən "TeliaSonera" ailəsinə daxil olan mobil operatorlarla rominqdə olarkən çox sərfəli qiymətlə danışa bildilər. Dünyanın 14 ölkəsinə səyahət edən "Azercell" abunəçiləri rominq zamanı Azərbaycan və digər ölkələrlə cəmi 50 qəpiyə danışdılar. Bu qiymət Danimarka, Estoniya, Finlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç, Gürcüstan, İspaniya, İsveç, Tacikistan və Özbəkistan üçün tətbiq edildi.
Onu da bildirək ki, yay mövsümü ilə əlaqədar "Azercell Telekom" əvvəllər rominq xidmətlərinin açılması üçün lazım olan depozit hesabını da ləğv etdi.
"Azercell Telekom" 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi "Azercell" abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər. Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilirlər.
"Azercell" bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün: [email protected]