...

Azərbaycanda elektron ticarət bazarının həcmi 5,6 milyon dolları ötüb

Telekommunikasiya Materials 10 Oktyabr 2014 18:21 (UTC +04:00)
Azərbaycanda 2014-cü ilin yanvar-sentyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,5 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox əmtəə satılıb.
Azərbaycanda elektron ticarət bazarının həcmi 5,6 milyon dolları ötüb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycanda 2014-cü ilin yanvar-sentyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,5 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 50,1 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5 faiz bəndi artıb.

Cari ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 milyon manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 94,9 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti