...

Azərbaycanda daha iki bank və kredit təşkilatı "Elektron hökumət" portalına qoşulub

Telekommunikasiya Materials 27 Yanvar 2015 13:31 (UTC +04:00)
"AGBank", "Rabitabank"ASC və "İnkişaf üçün maliyyə" Bank Olmayan Kredit Təşkilatı “Elektron hökumət” (e-gov.az) portalı vasitəsilə elektron arayışların verilməsinə başlayıb.
Azərbaycanda daha iki bank və kredit təşkilatı "Elektron hökumət" portalına qoşulub

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

"AGBank", "Rabitabank"ASC və "İnkişaf üçün maliyyə" Bank Olmayan Kredit Təşkilatı "Elektron hökumət" (e-gov.az) portalı vasitəsilə elektron arayışların verilməsinə başlayıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Layihə banka müraciət edən vətəndaşların şəxsi məlumatlarını vermələri üçün reallaşdırılır.

Xidmətdən istifadə etmək "Vətəndaşların şəxsi məlumatları haqqında elektron arayış" bölməsinin köməyi ilə istifadə etmək mümkündür.

Vətəndaşlar "Elektron hökumət" portalında qeydiyyatdan keçib onu banka göndərməklə özləri haqqında şəxsi məlumatı müstəqil şəkildə formalaşdıra biləcəklər. Elektron arayış hüquqi qüvvəyə malik olacaq və kredit verilməsi üçün sənədlərin bank tərəfindən rəsmiləşdirməsi prosedurunu sadələşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti