Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda dövlət rüsumlarını, cərimələri və digər ödənişləri "Elektron hökumət" (e-gov.az) portalında ödəmək mümkündür. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.
Hazırda portalda nazirliyin elektron xidmətlərinin sayı 8-ə çatıb.
Portala giriş elektron rəqəmli imzadan (ERİ), verifikasiya məlumatları (loqin və parol), həmçinin portalda qeydiyyatdan keçdikdən sonra elektron formada almağın mümkün olduğu mobil müəyyənləşdirmə sistemindən istifadə etməklə həyata keçirilir.