...

Naxçıvanda analoq TV-nin yayımı dayandırıldı

Telekommunikasiya Materials 3 Fevral 2015 16:32 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında (NMR) analoq televiziya siqnalının yayımı dayandırılıb.
Naxçıvanda analoq TV-nin yayımı dayandırıldı

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Naxçıvan Muxtar Respublikasında (NMR) analoq televiziya siqnalının yayımı dayandırılıb. Bu barədə Trend-ə muxtar respublikanın telekommunikasiya bazarındakı mənbə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, analoq yayım tamamilə rəqəmsal yayımla əvəz edilib və NMR-in bütün yaşayış məntəqələri onunla əhatə olunub.

Hazırda Naxçıvan şəhərinin əhalisi sosial rəqəmsal paketdən istifadə edir. Bura bütün ümumrespublika telekanalları, Türkiyənin TRT telekanalı və 2 yerli telekanal ("Kanal-35" və "Naxçıvan TV) daxildir.

NMR ərazisində rəqəmsal siqnalın yayımı üçün 6 iri və 43 kiçik TV ötürücü quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti