...

AZAL-ın uzaq məsafələrə uçan təyyarələrində mobil rabitədən istifadə olunacaq

Telekommunikasiya Materials 2 May 2015 07:30 (UTC +04:00)
İlin sonunadək "Azərbaycan Hava Yolları " QSC-nin (AZAL) daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi xidmətlərindən istifadə etmək mümkün olacaq.
AZAL-ın uzaq məsafələrə uçan təyyarələrində mobil rabitədən istifadə olunacaq

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Hüseyn Vəliyev/

İlin sonunadək "Azərbaycan Hava Yolları " QSC-nin (AZAL) daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi xidmətlərindən istifadə etmək mümkün olacaq. Bunu Trend-ə "Azerfon" şirkətinin (Nar-ın ticarət markası) satış üzrə direktoru Samir Məmmədov deyib.

O bildirib ki, rabitə xidməti AZAL-ın uzaq məsafələrə uçuşlar həyata keçirən sərnişin təyyarələrində işə salınacaq. Hazırda AZAL-ın 9 təyyarəsində, xüsusi ilə "Airbus" avialaynerlərində rabitə xidmətindən istifadə etmək olar.

Qeyd edək ki, "Azerfon" 2013-cü ilin fevralından AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərini göstərməyə başlayıb. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manatdır. SMS göndərişi 0,50 manat təşkil edir. Daxil olan SMS pulsuzdur. MMS-in göndəriş qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti