...

15000-dən çox abunəçi “Nar” 4G şəbəkəsini seçdi

Telekommunikasiya Materials 29 Dekabr 2015 13:43 (UTC +04:00)
Mobil operator 4G şəbəkəsini sürətlə artırmağa davam edir.
15000-dən  çox abunəçi “Nar” 4G şəbəkəsini seçdi

Bakı. Trend:

Mobil operator 4G şəbəkəsini sürətlə artırmağa davam edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar" mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 15000-i keçdi. Qısa müddət ərzində 4G şəbəkəsini genişləndirən mobil operator, ilin sonunadək 600 ədəd 4G (LTE) baza stansiyasını yüksəksürətli internet istifadəçilərinin xidmətinə təqdim edəcəkdir.
Bu cür sürətli inkişafın səbəblərindən biri "Nar" abunəçilərinin yeni texnologiyadan yararlanmaq üçün Sim-kartları dəyişmələrinə ehtiyacın olmamasıdır. Bunun üçün sadəcə smartfonda LTE texnologiyasını seçmək kifayətdir.

"Nar" abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən eyni sərfəli qiymətlərlə və ələvə hər hansı bir ödəniş olmadan yararlana bilərlər. Hazırda daha çox abunəçi öz tələblərinə uyğun olan "Nar" Turbo-paketini seçməklə LTE texnologiyasından yararlanır.

2016-cı ildə "Nar" LTE şəbəkəsini daha da artırmaq və "LTE Advanced" texnologiyasını (ITE-A) təqdim etməyi planlaşdırır.

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olmuş "Nar" hazırda öz abunəçilərinə 2938 sayda 2G, 2085 ədəd 3G və 591 4G (LTE) stansiyalarından istifadə imkanlarını təqdim edir.

"Nar" öz abunəçiləri üçün yüksəksürətli internet, geniş əhatə dairəsi, sərfəli qiymətlər və müxtəlif tələblər üçün təkliflərin hazırlanması strategiyasına sadiq qalacaqdır.

LTE texnologiyası haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti