Bakı. Trend:
"Nar-CityNet" yeni kampaniyaya start verib.
Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar-CityNet" öz müştəriləri üçün daha bir maraqlı təkliflə çıxış etdi. Yeni kampaniya çərçivəsində "Nar-CityNet" FTTB (Fiber to the Building - bina üçün fiber optik) xidmətinə keçmiş və 2 ay öncədən aylıq ödəniş etmiş bütün mövcud ADSL abunəçiləri fiber optik yayım avadanlığını pulsuz əldə etmək imkanı qazanırlar.
Hazırda "Nar-CityNet" Bakı şəhəri və Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində FTTB, ADSL (Assymetric Digital Subscriber Line - Assimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, Naxçıvan şəhərində DVB-T2 texnologiyası (Digital Video Broadcasting - 2-ci nəsil rəqəmsal TV yayımı) əsasında təqdim olunan rəqəmsal TV xidməti və IPTV xidmətlərini təklif edir.
Xatırladaq ki, çoxfunksiyalı rabitə strategiyası çərçivəsində "Nar" mobil operatoru ölkənin ən iri sabit internet provayderlərindən biri olan "CityNet"i satın aldı. "Nar-CityNet" layihəsi "Nar"ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksəksürətli və keyfiyyətli sabit internet xidmətlərinin rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.
Bu gün "Nar" genişləndirilmiş, yenilənmiş və rəqabətədavamlı mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan yüksəksürətli mobil internet xidməti göstərir. Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılıb və gələcəkdə uzunmüddətli "Multiplay" strategiyası çərçivəsində bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılır.
"Nar-CityNet" haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənə bilərsiniz.