...

Ötən ay "E-hökumət" portalına müraciət edənlərin sayı məlum oldu

Telekommunikasiya Materials 16 İyun 2016 23:23 (UTC +04:00)
Ötən ay "Elektron hökumət" portalına müraciət edənlərin sayı məlum olub.
Ötən ay "E-hökumət" portalına müraciət edənlərin sayı məlum oldu

Bakı. Trend:

Ötən ay "Elektron hökumət" portalına müraciət edənlərin sayı məlum olub.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, hazırda portalda 42 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır.

Portalda real vaxt rejimində dəyişən sayğac vasitəsilə, elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür.

"E-hökumət" portalında ən çox müraciət olunan sahələr

"E-hökumət" portalında ən çox müraciət olunan sahələr

Statistikaya əsasən, may ayı ərzində vətəndaşlar portalda yer almış 42 sahə üzrə təqdim olunan 311 elektron xidmətə müraciət edib.

Beləliklə, ötən ay ümumilikdə müraciətlərin sayı 1,851,309 təşkil edib.

Xəbər lenti

Xəbər lenti