...

"Uber" istifadəçilərinə sürət bəxş edib (FOTO)

Telekommunikasiya Materials 4 İyul 2016 18:49 (UTC +04:00)
İyulun 4-də şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti iki superkar vasitəsilə Bakının sürət həvəskarlarına tam pulsuz olaraq unudulmaz anlar yaşadıb.
"Uber" istifadəçilərinə sürət bəxş edib (FOTO)

Bakı. Trend:

İyulun 4-də şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti iki superkar vasitəsilə Bakının sürət həvəskarlarına tam pulsuz olaraq unudulmaz anlar yaşadıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Uber" iyulun 2-də saat 12:00-dan 18:00-dək “Uber” şirkəti “Audi R8” və ya “Maserati Coupe” sportkarlarını şəxsi sürücü ilə şəhərin sakinlərinin və qonaqlarının qapısına göndərib. Bununla da istifadəçilər sözügedən unikal idman avtomobillərinin birində şəhəri gəzərək öz təəssüratlarını bölüşmək imkanını əldə ediblər.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur. Tariflər barədə ətraflı məlumatı buradan ala bilərsiniz.

"Uber" – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir.

"Uber" və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı şirkətin veb-səhifəsindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti