...

“eManat”da bu xidmətlər üçün də ödəniş edə biləcəksiniz

Telekommunikasiya Materials 29 Mart 2017 12:47 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin internet və rabitə xidmətləri üzrə ödənişlərin “eManat” terminallarında həyata keçirilməsi aprelin sonunadək bərpa olunacaq.

Bu barədə Trend-ə “Modenis” şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, operatorla artıq müqavilə imzalanıb və hazırda inteqrasiya işləri aparılır.

Hazırda “Bakı Telefon Rabitəsi”nin abunə ödənişlərini “MilliÖN”, “ExpressPay” və “EasyPay” terminallarında həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti