...

"Huawei" şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edir

Telekommunikasiya Materials 30 May 2017 11:52 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri kəşf etmək, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Seeds for the Future” proqramına start verir.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bu proqram, tələbələrin İKT bacarıqlarını inkişaf etdirmək və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənib. Proqram çərçivəsində mütəxəssislərdən ibarət Münsiflər Heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni seçəcək, daha sonra isə onların Çinə səfəri təşkil ediləcək.

Çində iki həftəlik proqramda iştirak etmək şansı qazananlar Pekində vaxt keçirməklə yanaşı, Çin mədəniyyətini öyrənmək və tarixi yerləri ziyarət etmək imkanından da yararlanacaqlar.

Daha sonra, tələbələr dünyanın nəhəng İT şirkətlərindən hesab olunan “Huawei”-nin Şencen şəhərində yerləşən baş ofisində ən son texnoloji yeniliklər barədə məlumat ala biləcəklər. Eyni zamanda, onlar İKT üzrə təlim kurslarına qatılacaq.

“Huawei”nin məqsədi, İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramları həyata keçirməkdir.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Huawei” şirkətinin Pekində yerləşən Sərgi mərkəzini ziyarəti zamanı Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (IKT) inkişafında “Huawei”in həlledici rolu olduğunu qeyd edib.

Azərbaycan hökuməti eyni zamanda, gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə cəsarətləndirmək arzusundadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti