...

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Telekommunikasiya Materials 7 Avqust 2017 15:53 (UTC +04:00)
Nazirin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı. Trend:

Nazirin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 11-də Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Avqust ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti