...

Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndiriləcək

Telekommunikasiya Materials 17 Avqust 2017 15:35 (UTC +04:00)
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində stasionar telefon şəbəkəsinin nömrə tutumu genişləndiriləcək.
Cocuq Mərcanlının telekommunikasiya infrastrukturu genişləndiriləcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində stasionar telefon şəbəkəsinin nömrə tutumu genişləndiriləcək.

Bu barədə Trend-ə “Aztelekom” MMC-dən məlumat verilib.

Məlumata görə, genişləndirmə işləri yeni evlər tikildikcə həyata keçiriləcək.

Hazırda kənddə telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər başa çatıb. Kənd ərazisində kabel-kanalizasiya qurğuları, 1,2 min metr uzunluğunda şəbəkə infrastrukturu yaradılıb və 64 nömrə tutumlu ATS işə salınıb.

Cocuq Mərcanlıyadək 10 kilometr uzunluğunda optik xətt çəkilib. İlkin mərhələdə 50 ev, məktəb və dövlət əhəmiyyətli obyekt telefonlaşdırılıb və internetə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti