Bakıda İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib (FOTO)

Bakıda İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

“Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı Bakıda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk toplantı isə 2012-ci ildə Tehran şəhərində baş tutub.

İclasda tənzimləmə, radiotezliklər, telekommunikasiya, peyk xidmətləri, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində çoxtərəfli müstəvidə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Toplantıda İƏT katibliyi, Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan və Tacikistanın sahə üzrə rəhbər şəxsləri iştirak edib.

Təşkilat çərçivəsində Azərbaycan digər üzv ölkələrlə bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat, enerji, ticarət və investisiya sahələri üzrə də əməkdaşlıq etməkdədir.

İclasda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İƏT-ə üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci Nazirlər Toplantısının Bakıda keçirilməsini Azərbaycanın bir sıra mühüm regional iqtisadi və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi əldə etdiyi uğurlarla əlaqələndirib.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrini misal göstərən nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir:

“Bakı-Tbilisi-Ərzurum qaz boru xətti isə 10 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bu layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Strateji əhəmiyyətli regional infrastruktur layihələrindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı etdirilməsi ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına da investisiya qoyur. Bu ilin oktyabrında biz Rusiya ilə birlikdə Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün təməllərini atmışıq. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb. Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı İran İslam Respublikası ilə sıx əməkdaşlıq edirik”.

Həmçinin, R.Quluzadə Ələt qəsəbəsində inşa edilən yeni Beynəlxalq dəniz limanının ölkəmizin tranzit nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətindəki əhəmiyyətini vurğulayıb.

İKT sektoruna gəlincə isə nazir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində vəzifələrin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi ilə müəyyən edildiyini bildirib.

O, həmçinin bu hədəflərin “İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Strategiyası” ilə üst-üstə düşdüyünü qeyd edib:

“İƏT-ə üzv dövlətlərdəki Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi, birgə startapların yaradılması ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq istiqamətlərindən birini təşkil edə bilər. Biz, həmçinin ölkələrimiz arasında elektron ticarət həcminin artırılmasında maraqlıyıq. Bunun üçün vacib olan “Elektron imza” sertifikatlarının qarşılıqlı tanınması ilə bağlı birgə iş aparılmasını zəruri hesab edirik. Bu istiqamətdə atılacaq addımlardan biri üzv dövlətlər arasında müvafiq çoxtərəfli Sazişin imzalanması ola bilər. Əminəm ki, İƏT çərçivəsində keçiriləcək bu kimi toplantılar dövlətlərimiz arasında İKT sahəsində əməkdaşlığa təkan verəcək və effektiv platforma rolunu oynayacaqdır” .

İƏT-in baş direktoru Xəlil İbrahim Akça nazirlərin 2-ci toplantısının Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycanla nəqliyyat və İKT sahəsində sıx əməkdaşlıq edilir: “İƏT regionun nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi üzrə Azərbaycanla əməkdaşlıq olduqca faydalıdır. Azərbaycan Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin, “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas iştirakçısıdır”.

X.Akça təşkilatın əsas məqsədinin davamlı iqtisadi artıma nail olunması, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi olduğunu qeyd edib.

O, həmçinin bildirib ki, bugünkü konfrans ötən gün işçi qruplarının birgə müzakirələrindən əldə olunan nəticələrin təhlilinə və təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunub.

Baş direktor üzv dövlətlərdə sahə ilə bağlı qanunvericilik və tənzimləmə siyasətinin optimallaşdırılmasını, İKT üzrə çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsini vacib sayıb.

Daha sonra üzv ölkələrin (Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Tacikistan) nümayəndələri çıxış edib.

Sonda işçi qruplarının iclaslarında müzakirə olunan məsələlərin yekunu olaraq tövsiyə sənədi kimi Bakı Bəyannaməsinin qəbul olunması müzakirə edilib. Qeyd edilib ki, bugünkü müzakirələr üzv ölkələrdə İKT-nin inkişafına təkan verəcək.

Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb
"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Loading Bars
Xəbər lenti
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)
Dövlət orqanlarında 58 vakant vəzifə üzrə müsahibə elan edilib
İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF
Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilən təqaüdün məbləği açıqlandı
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır - Türkiyə PA
Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
NFC ödənişləri artıq Rabitəbankda!
Qış Olimpiya Oyunlarında peyvənd olunmayan idmançılar 21 gün karantinə alınacaq
Çində üç yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq
Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib (FOTO)
Şahmar Mövsümov yenidən Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin edilib
Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı (FOTO/VİDEO)
Kapital Bank gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir
Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! (FOTO)
Gəncədə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Şuşaya qar yağır (VİDEO)
Bəzi qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır - Ramil Usubov
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır - Əli Nağıyev
DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılışı olub (FOTO)
Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib
Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Sosial xidmətlərlə bağlı elektron portaldan 9 ayda 7,4 milyon dəfə istifadə edilib
Azərbaycanda yeni medallar təsis edilir
Polis idarəsindən silah oğurlayan polis əməkdaşlarının məhkəməsi başladı
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib (FOTO)
Çaylarda sululuq ötən illə müqayisədə artıb
Bakıda “Gelandewagen” YPX avtomobilinə çırpıldı, polis xəsarət aldı (VİDEO)
"CV yarat" platforması istifadəyə verilib
Azad edilmiş ərazilər sürətlə abad olunur - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Nyu Yorkda fövqəladə vəziyyət elan edilib
Koronavirusun "AY.4.2" variantı ciddi yanaşılmalı mutasiyadır - Mütəxəssis
Bakıda mənzildən kişi meyiti tapılıb
"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb
Bakı-Sumqayıt yolunda güclü tıxac yaranıb (FOTO/VİDEO)
Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində saziş imzalamağı planlaşdırır (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 1 353 nəfər yoluxub
Nyu York metrosunda atışma olub
"Facebook"un gəliri artıb
Bayden qlobal istiləşmənin zərərini qiymətləndirdi
İspaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Polşa Moldovaya 1 milyon kubmetr qaz tədarük edəcək
Ərdoğan ABŞ və bir sıra ölkələrin Türkiyədəki səfirliklərinin açıqlamalarını alqışlayıb
Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb
BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
Qaxda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
Bütün xəbərlər