...

SimSim abunəçilərinin nəzərinə: 8 ölkədə internet-rominq

Telekommunikasiya Materials 10 Yanvar 2018 10:25 (UTC +04:00)
2018-ci il fevralın 8-dən etibarən "Azercell"in fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri 8 ölkəyə səfər edərkən rominqdə mobil internet xidmətindən də faydalana biləcəklər.
SimSim abunəçilərinin nəzərinə: 8 ölkədə internet-rominq

Bakı. Hüseyn Vəliyev - Trend:

2018-ci il fevralın 8-dən etibarən "Azercell"in fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri 8 ölkəyə səfər edərkən rominqdə mobil internet xidmətindən də faydalana biləcəklər.

Trend-in məlumatına görə, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistanda bu xidmətdən istifadə edən SimSim abunəçiləri üçün vahid tarif tətbiq olunacaq. Belə ki, hər bir MB-a görə xidmət haqqı 2,2 manat təşkil edəcək. Mobil internet xidmətinin hesablanma intervalı 30 kb təşkil edir.

Xidmət yuxarıda sadalanan ölkələrdə avtomatik olaraq aktivləşir. Rominqdə internet xidmətindən faydalanmaq üçün nömrənin cari balans hesabında 1 manat minimal məbləğ olmalıdır.

Ümumi xidmət haqqı məbləğinin vergüldən sonrakı qəpik hissəsi qanunvericilikdə müəyyən edilən qaydada iki işarəyədək yuvarlaqlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti