...

Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı azalıb

Telekommunikasiya Materials 2 Aprel 2021 15:01
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı azalıb

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin martında Azərbaycanın əməliyyat sistemi bazarında "Android" sisteminin payı 50,7 faiz təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1,37 faiz azdır.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə qərarlaşmış "Microsoft" şirkətinin "Windows" əməliyyat sisteminin bazarda payı 0,45 faiz artaraq 35,62 faiz təşkil edib.

"Apple" şirkətinin "iOS" əməliyyat sisteminin payı 0,65 faiz artaraq 9,27 faizə bərabər olub.

Daha sonra "macOS X" (Apple, 2,42 faiz), "Linux" (0,55 faiz) və digər əməliyyat sistemləri (1,46 faiz) yer alıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti