...

“Azərkosmos”un xidmət ixracından gəliri 32 milyon dolları ötüb

Telekommunikasiya Materials 29 Oktyabr 2021 14:00 (UTC +04:00)
“Azərkosmos”un xidmət ixracından gəliri 32 milyon dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC dünyanın 36 ölkəsinə 32,3 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin sentyabr ayında “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti