...

“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb

Telekommunikasiya Materials 31 May 2022 13:02 (UTC +04:00)
“Azərkosmos”un ixracdan əldə etdiyi gəlir açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən 8,5 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Trend-in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayına istinadən məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib.

2022-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon dollar ilə Böyük Britaniya, 1,7 milyon dollar ilə Fransa, 1,5 milyon dollar ilə Lüksemburq, 0,9 milyon dollar ilə BƏƏ və 0,5 milyon dollar ilə Pakistan qərarlaşıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti