...

Azərbaycanda kiberhücumların əsas növləri açıqlanıb

Telekommunikasiya Materials 17 İyun 2022 12:01 (UTC +04:00)
Azərbaycanda kiberhücumların əsas növləri açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Son bir il ərzində Azərbaycanda qeydə alınmış başlıca kiberhücum növləri fişinq hücumları, sosial mühəndislik və saytların klonlanmasıdır.

Trend-in məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.

O əlavə edib ki, CERT, Elektron Hökumətin İnkişafı Mərkəzi və "Bestsolution" şirkəti ilə birgə "kibergigiyena" səviyyəsinin artırılması ilə əlaqədar kibertəhlükəsizlik biliklərinin yoxlanılması sistemi, "kibergigiyena.az" sayt yaradılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti