...

Azərbaycanın dövlət internet provayderləri abunəçiləri yeni tariflərə keçirəcək

Telekommunikasiya Materials 6 İyul 2022 20:00 (UTC +04:00)
Azərbaycanın dövlət internet provayderləri abunəçiləri yeni tariflərə keçirəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən "Aztelekom" və "Baktelecom" internet provayderləri öz abunəçilərini GPON texnologiyası üzərindən göstərilən internet xidməti tarifləri optimallaşdırılır və internetin sürəti artırılır.

Provayderlərin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, abunəçilərin daha sürətli internet xidməti ilə təmin olunmaları məqsədilə avqustun 6-dan etibarən 4 meqabit/saniyə və 10 meqabit/saniyə tarifləri 15 və 30 meqabit/saniyə tarifi ilə əvəz olunacaq.

"Abunəçilərin yeni tarifə keçidindən sinra tarif paketlərinin qiymətində dəyişiklik gözlənilir", - mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, "Aztelekom" və "Baktelecom" provayderlərində 4 meqabit/saniyə və 10 meqabit/saniyə tariflərinin aylıq qiyməti aylıq müvafiq olaraq 13 və 19 manat təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti