Bakı. Trend:
Azərbaycan kosmik sahədə böyük potensiala malikdir və bu potensialdan müxtəlif sahələrin inkişafı, o cümlədən elmi tədqiqatlar, texnoloji yeniliklər, təhsil və iqtisadiyyat üçün müvəffəqiyyətlə istifadə oluna bilər.
Bu barədə Trend-ə Braziliya Kosmik Agentliyinin (AEB) rəhbəri Marko Antonio Şamon Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresindən (IAC 2023) kəmarda deyib.
Onun sözlərinə görə, bu irimiqyaslı tədbir dünya kosmik birliyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Marko Antonio Şamon Bakının gözəl şəhər olduğunu və qonaqlarda unudulmaz iz buraxdığını da vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-də Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb.
Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investor və özəl kosmik şirkətlərin, yerli və beynəlxalq KİV-lərin nümayəndələri, eləcə də 101 ölkədən 5 mindən çox nümayəndə iştirak edib. Beynəlxalq Astronavtika Konqresindı sərgi pavilyonunda 150 şirkət təmsil olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)