...

Bakıda "InMerge" İnnovasiya Sammitinin ikinci günü keçirilir

Telekommunikasiya Materials 1 Dekabr 2023 10:21 (UTC +04:00)
Bakıda "InMerge" İnnovasiya Sammitinin ikinci günü keçirilir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "PASHA Holding" tərəfindən təşkil olunan "InMerge" İnnovasiya sammitinin ikinci günü keçirilir.

Trend xəbər verir ki, "InMerge" İnnovasiya Sammiti regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilir.

Sammitdə "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorlar iştirak edir ki, bu da öz növbəsində regionda və xüsusən ölkədə innovasiya ekosisteminə müsbət təsir göstərəcək.

Sammitin ikinci günündə "Tesla Inc." şirkətinin həmtəsisçisi və texniki direktoru C.B.Ştrobel, "Shazam"ın təsisçisi və qurucusu Kris Barton çıxış edəcəklər. Tədbirdə, həmçinin, "Azercell"in prezidenti Zərinə Zeynalova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva və digər şəxslər çıxış edəcəklər.

Tədbirin ilk günündə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, "Trendyol" şirkətlər qrupunun baş icraçı direktoru Erdem İnan, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, "Visa"nın vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş çıxış ediblər.

Tədbirdə spiker qismində "Apple" şirkətinin təsisçilərindən biri olan Stiv Voznyak da çıxış edərək texnologiyalar sahəsindəki trendlərdən bəhs edib və öz təcrübəsini bölüşüb.

Bununla yanaşı, sammit çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), SABAH.lab, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu”nu imzalayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti