Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda şirkətlərin fəaliyyətində qarşılaşdıqları əsas çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.
