...

RABİTƏ NAZİRLİYİ TEXNOPARKLARIN YARADILMASI ÜZRƏ QANUN LAYİHƏSİ HAZIRLAYIR

Telekommunikasiya Materials 21 İyun 2005 13:23 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyalrı şöbəsinin müdiri Əflatun Məmmədovun Trend ə verdiyi məlumata əsəsan, nazirlik Azərbaycanda texnoparkların yaradılması üzrə qanun layihəsi hazırlayır.

Qanun layihəsində texnoparkların yaradılması və inkişafının dəqiq prinsipləri, sərmayədarların həmin obyektlərin yaradılmasına cəlb olunması məqsədilə vergi və gömrük güzəştləri nəzərdə tutulub.

Həmçinin bildirilib ki, Rabitə Nazirliyi həmin sahədə maliyyə hesablamalarını aparmaq və texniki məsəlləri həll etmək üçün müəyyən beynəlxalq təşkilatlara müraciət edib.

Ə.Məmmədov deyib ki, hazırda layihənin gerçəkləşdirilməsi üçün məbləğ tam müəyyənləşdirilməyib və gələcəkdə müxtəlif təşkilatlarla əməkdaşlığın gedişatında müəyyənləşəcək. O, yaradılmasına təxminən $5 mln sərf olunmuş Çin modelini misal gətirib.

Xəbər lenti

Xəbər lenti