...

İLİN SONUNADƏK XAÇMAZIN RABİTƏSİ ELEKTRONLAŞDIRILACAQ

Telekommunikasiya Materials 8 Sentyabr 2005 17:28 (UTC +04:00)

İlin sonunadək AR Xaçmaz rayonu rabitəsinin elektronlaşdırılması planlaşdırılır. Aztelekom İB-də Trend ə bildirilib ki, bunun üçün artıq müvafiq tender elan edilib.

İB-də həmçinin qeyd olunub ki, yenidənqurulma nəticəsində rayonun mərkəzi ATS-nin nömrə tutumu (hazırda 512 nömrə təşkil edir) 5 minədək artırılacaq.

Bundan başqa, hazırda Xaçmazın Telekommunikasiya qovşağında Yalamada 256 nömrə tutumlu EATS-lərin quraşdırılması aparılır.Eyni zamanda Aşağı Zeyid kəndində 256 nömrə tutumlu EATS quraşdırılır.

Bununla yanaşı Gülalan, Əhmədoba, Armudpadar və Palçıqoba kəndlərində yeni stansiyaların quraşdırılması planlaşdırılır.Bütünlükdə Xaçmazda 26 kənd ATS fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti