...

DÜNYA BANKININ MİSSİYASININ SƏFƏRİ GÖZLƏNİLİR

Telekommunikasiya Materials 17 Sentyabr 2005 13:28 (UTC +04:00)

Sentyabrın 25-də ölkənin poçt sisteminin inkişafı üçün kreditin ayrılması ilə əlaqədar Dünya Bankının (DB) missiyasının Bakıya səfəri gözlənilir. Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, səfərdə məqsəd kredit çərçivəsində texniki mərhələlərin yerinə yetirilməsi, eləcə də tenderlərin elan edilməsi və s. ibarətdir. "Bu genişləndirilmiş layihədir və burada 5 və ya 6-ya yaxın tenderin keçirilməsi planlaşdırılıb", - deyə Rabitə Nazirliyindən bildiriblər.

Dövlət strukturundan bildiriblər ki, hazırda bütün hüquqi məsələlər və proseduralar yerinə yetirilib. DB-nın birinci kredit trnaşını oktyabrda təqdbim edəcəyi gözlənilir. Onun məbləği isə hələləik tam müəyyən edilməyib.

Nazirlikdə hesab edirlər ki, layihə üzrə vəsaitlər kreditləşmənin layihəsindən asılı olaraq mərhələləi şəkildə təqdim olunacaq. Layihənin həyata keçirilməsindən sonra Azerpoct Dövlət Müəssisəsi müvafiq status alacaq və maliyyəÖ ğank xidmətlərinin və digərlərinin həyata keçirilməsi üçün milli sistemə daxil ediləcək. Bu layihə çərçivəsində keçirilən tədbirlər nəticəsində 1000 yeni iş yerinin açılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti