2005-ci ilin yanvar-avqust ayları ərzində rabitə və informasiya texnologiyaları nazirliyinin gəlirləri təxminən 469,5 mlrd. manat ($102 mln.-dan çox) təşkil edib ki, bu da proqnozlaşdırılan göstərici ilə müqayisədə 8,4% çoxdur.Nazirlikdə Trend ə bildirilib ki, o cümlədən əhalidən ödəmələr üzrə gəlirlər 182 mlrd. manat (təxminən $39,69 mln.) təşkil edib.
İlin əvvəlindən nazirlik tərəfindən bütün ölkə üzrə 66 min telefon nömrəsi istismara verilib. "Bu dövrdə investisiyalar təxminən $14 mln. təşkil edib" -deyə dövlət qurumunda bildirilib.
2005-ci ildə nazirlik Azərbaycanın telekommunikasiya sahəsinə 96,5 mlrd. manat ($20,32 mln) sərmayə qoymağı, əhaliyə və təşkilatlara rabitə sahəsində 670,1 mlrd. manat ($141,13 mln.) həcmində xidmət göstərməyi və dövlət büdcəsinə 100 mlrd. manat ($21,057 mln.) həcmində vəsait köçürməyi planlaşdırır.