...

Rabitə nazirliyi iki şirkətə mobil rabitəyə lisenziya verilməsi üçün təkliflərə baxır

Telekommunikasiya Materials 14 Dekabr 2005 20:36 (UTC +04:00)

AR rabitə və informasiya texnologiyaları nazirliyi iki şirkətə mobil rabitəyə lisenziya verilməsi üçün təkliflərə baxır. Trend bildirir ki, dekabrın 14-də bu barədə AR rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bu şirkətlər təsisçisi Aztelekom İB, Almaniyanın Siemens və iki Britaniya şirkəti olan yeni yaradılmış Azərphone müştərək müəssisəsi (MM) (operator GSM) və Catel Azərbaycan-Amerika MM (operator CDMA) şirkətləridir.

"İlin sonunadək biz lisenziyaların verilməsini müəyyən etməyə çalışırıq" -deyə nazir qeyd edib.

Hazırda Azərbaycanın rabitə bazarında 2 GSM operator -Azərbaycan-İsrail Bakcell və Azərbaycan-Türkiyə Azercell Telecom fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti