...

Azərbaycan Caspian Telecoms 2006 –da iştirak edir

Telekommunikasiya Materials 11 Aprel 2006 15:29 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti Türkiyə, MDB, Xəzər və Qara dəniz regionu ölkələri üçün keçirilən Caspian Telecoms 2006 5-ci yubeley konfransında 4-cü sərgisində iştirak edir. Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu gün - aprelin 11də İstanbulda öz işinə başlayan tədbir aprelin 13-nə kimi davam edəcək. Tədbirdə Nazirliyin strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri İlham Mərdanov, Aztelekom İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, beynəlxalq əlaqələr və QHT ilə iş şöbəsinin baş məsləhətçisi Cabbar Musayev və nazirliyin beynəlxalq əlaqələr və hesablamalar Mərkəzinin baş direktoru Cəlil Cəfərov iştirak edir.

Caspian Telecoms 2006 -da Türkiyə, Rusiya, Qazaxıstan, İran, Rumıniya, Yunanıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Gürcüstan və digər ölkələrin nümayəndə heyətləri də iştirak edir. Bundan əlavə, Dünya Bankının, ITU, EU, EBRD, UNDP, OPIC kimi beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakçılar arasındadır.

Xəbər lenti

Xəbər lenti