...

Azərcell Telecom BM-in GəncSim abunəçilərinin sayı 122 min nəfər təşkil edir

Telekommunikasiya Materials 29 İyun 2006 18:53 (UTC +04:00)

İyunun 28-də "Azərsel Telekom" BM-in abunəçilər üçün istifadəyə verdiyi "CəncSim" tarif paketinin bir ilinin tamam olmasına həsr olunmuş şou oldu. Bununla əlaqədar Dənizkənarı Milli parkda keçirilmiş konsertdə yerli müğənnilərlə yanaşı türk ifaçısı Mustafa Sandal da iştirak edib. Minlərlə insanın iştirak etdiyi konsertdə asayişi Bakı şəhəri Baş Polis İdarəsi rəisinin birinci müavini Yaşar Əliyevin başçılıq etdiyi, yüzlərlə polis dəstəsi qoruyurdu. Konsert xoşagəlməz insident olmadan keçdi. Konsertin aparıcısı - reper Elşad Xose Milli Parkda toplaşan insanları salamladı və "Qəfəs" realiti-şousunun keçmiş iştirakçısı Cəmilə ilə "GəncSim" abunəçilərinə həsr olunmuş eyniadlı mahnını ifa etdi.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov və Azərcell Telecom BM-in baş direktoru A.Halim Atəş Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğıdan danışdılar və bu işdə Azərcell-in xüsusi rolu olduğunu qeyd etdilər.

Şirkət başçısının sözlərinə görə, bu gün ölkədə 122 min "GəncSim" abunəçisi var və onların sayı getdikcə artır. Çünki "Azərcell" "GəncSim" tarif paketinə qoşulmuş abunəçilərə çoxlu güzəştlər təklif edir. Məsələn, "GəncSim" abunəçiləri 1 SMS-ə görə cəmi 8 kontur, 10 KV WAP/İnternetə görə - 3 kontur, 1 MMS-ə görə isə 40 kontur ödəyirlər. SimSim tarifləri ilə müqayisədə bu müvafiq olaraq, 27%, 25% və 20% güzəşt deməkdir. "GəncSim" tarif paketindəki güzəştlər şənbə və bazar günləri edilən zənglər üçün də nəzərdə tutulub: həmin günlər 4 saniyə danışıq üçün 3 kontur çıxılır. Bundan başqa, abunəçilər hər ay hədiyyə alırlar: onlar hər ay pulsuz olaraq 15 SMS, 2 MMS və 500 KV WAP/İnternetdən istifadə edə bilərlər. Qeyd edək ki, 2006-cı il martın 1-dən avqustun 30-dək hər bir "GəncSim" abunəçisi üçün 1 MMS 1 SMS-in qiymətinədir, yəni cəmi 8 konturdur.

Xəbər lenti

Xəbər lenti